Mirzəbəyov: Növbəti matçda daha yaxşı oynayıb, qol vuracağımızü ümidliyik
28 may 2016 14:30
Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov Avstriya toplanışı çərçivəsində Andorraya qarşı keçirilmiş yoxlama oyunundan (0:0) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oynadıq. Birinci hissədə xeyli qol vəziyyətimiz oldu. Təəssüf ki, vura bilmədik. Belə komandalara erkən qol vura bilməyəndə, matçın gedişində çətinliklə üzləşirsən. Onlar həddən artıq müdafiəyə çəkilmişdilər. Növbəti matçımız Makedoniya yığmasına qarşı olacaq. Daha yaxşı oynayıb, qol vuracağımıza ümid edirik".