Dmitri Nağıyev: Millimizi ağır oyunlar gözləyir
28 may 2016 13:30
Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Dmitri Nağıyev Sloveniya toplanışı çərçivəsində keçirəcəkləri yoxlama oyunları öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Toplanışımız plan üzrə davam edir. Məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Qarşıda Sloveniya ilə iki, Bosniya-Herseqovina ilə bir oyunumuz var. Bu rəqiblər barədə heç nə bilmirəm. Amma bircə o məlumdur ki, hazırda hamı futbol oynamağı bacarır. Özü də Avropa ölkələrində. Ona görə də əminəm ki, bizi ağır oyunlar gözləyir".