Azərbaycan Sloveniyaya böyük hesabla uduzdu
28 may 2016 20:00
Bu gün Azərbaycanın gənclərdən ibarət yığma komandası Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı millimizin ilk rəqibi elə yerli Sloveniya U-21-i olub.
Qarşılaşma millimizin böyük hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində yalnız Elnur Cəfərov təsəlli qoluna imza ata bilib.
Yoxlama oyunu
28 may
Sloveniya - Azərbaycan - 4:1 (1:0)
Qol: E.Cəfərov, 53 (3:1).