Yığmamızın rəqiblərindən darmadağın
28 may 2016 11:30
Ötən gecə dünyanın yaşıl meydanlarında bir neçə beynəlxalq yoxlama oyunu keçirilib. Azerisport.az xəbər verir ki, millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Çexiya və Şimali İrlandiya da qüvvəsini sınayıb.
Çexlər Maltanı 6:0 hesabı ilə darmadağın ediblər. Şimali İrlandiya isə Belarusa üç cavabsız qolla qalib gəlib.
Yoxlama oyunları
27 may
Çexiya – Malta - 6:0
Qollar: Plaşil, 15. Şkoda, 21. Hubnik, 40. Lafata, 75. Necid, 81. Şik, 90.
Şimali İrlandiya – Belarus - 3:0
Qollar: Laferti, 6. Vaşinqton, 44. Qriqq, 88.