İldefons Lima: Azərbaycan millisi bizimlə oyunda heç nə edə bilmədi
Andorra yığmasının kapitanı İldefons Lima Avstriya toplanışı çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Andorra ilə qarşılaşan bütün komandalar yaxşı oyun sərgiləyirlər, əksəriyyəti də bizə qalib gəlir. Amma ötən gün heç bir komanda yaxşı oyun göstərmədi. Azərbaycan yığmasının super oynadığını, qapımız qarşısında çoxlu qol vəziyyəti yaratdığını deməzdim. Onlar bunun üçün heç nə etmədilər. Düşünmürəm ki, bizdən yaxşı idilər. Mən Azərbaycan yığmasının əvvəllər olduğu kimi, güclü olduğunu düşünürdüm. Amma onlar qapımız qarşısında bir dənə də qol vəziyyəti yarada bilmədilər. İkinci hissədə isə ümumiyyətlə qapımıza zərbə endirilmədi. Belə oyunla bizə qalib gəlmək çətindir. Ötən gün Azərbaycan yığmasının heyətində heç kim xoşuma gəlmədi. Onlar Andorraya qarşı oynayırdılar, İspaniyaya yox".