Səlahət Ağayev: Neftçiyə keçmək variantı olsa da, İnteri seçdim
27 may 2016 13:40
Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev yarım illik "Sumqayıt" karyerasından sonra yenidən "İnter"ə qayıtmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" mənim üçün yad komanda deyil. Ona görə də özümə doğma olan kluba qayıtdığımı deyə bilərəm. Başqa variantlar da var idi. Məsələn, "Neftçi"yə keçmək variantı var idi. Düzdür, konkret heç kimlə danışmamışdıq. Amma mən "İnter"ə qayıtmağa qərar verdim. Fikrimcə, düzgün seçim etdim".