Məktəbli Kubokunun qalibi müəyyənləşdi
26 may 2016 20:20
Bu gün "ABU Arena"da Məktəbli Kuboku” turnirinin 2015/2016-cı il mövsümünün final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici qarşılaşmada Ağstafa rayonundakı 1 saylı orta məktəbin komandası Mingəçevir şəhərində yerləşən 10 saylı orta məktəbin komandası ilə üz-üzə gəlib.
1000 nəfərdən artıq tamaşaçının izlədiyi oyun 6:0 hesabı ilə Mingəçevir məktəblilərinin xeyrinə yekunlaşıb.
Qalib komandaya mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Qarabağ” klubunun baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov, Coca-Cola şirkətinin marketinq direktoru Seher Poylaz və Təhsil Nazirliyinin nümayəndəsi Hilal Soltanov təqdim edib.