Ruslan Nəsirli: Mənə görə AZAL-a müraciət edənlər olsa da, bu klubda qalacağam
26 may 2016 16:40
Azərbaycanın U-21 yığmasının hücumçusu Ruslan Nəsirli millinin toplanışı, eləcə də yoxlama oyunları barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Toplanış yaxşı gedir. Yoxlama oyunlarını gözləyirik. İki dəfə Sloveniya, bir dəfə də Bosniya və Herseqovina ilə qarşılaşacağıq. Belə komandalara qarşı oynamaq həmişə çətin olur, amma yaxşı oynamağa çalışacağıq. Bu oyunlar AÇ-nin seçmə mərhələsinə yaxşı hazırlaşmaq baxımından vacibdir.
Gələcək karyerama gəlincə, hələ necə olacağını bilmirəm. Deyəsən, mənə görə AZAL-a müraciət ediblər. Amma böyük ehtimalla elə bu komandada qalacağam".