Mahir Mədətov: Neftçinin müdafiədən oynayacağını bilirdik
26 may 2016 12:15
"Qarabağ"ın hücumçusu Mahir Mədətov ölkə kubokunun finalında "Neftçi" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Asan oyun olmadı. "Neftçi"nin finallarda daha böyük təcrübəsi vardı. Onların müdafiədən oynayacağını bilirdik. Biz özümüz özümüzü çətin vəziyyətə saldıq. Çünki əsas vaxtda qol vəziyyətlərimiz olsa da, onlardan yararlana bilmədik. Vaxtında qol vursaydıq, hər şey fərqli olacaqdı. Mənim də qol vurmaq şansım vardı, sadəcə, onu boşa verdim. Halbuki, matçın taleyini əsas vaxtda həll edə bilərdim".