Vəli Qasımov: Qarabağ bizdən daha yaxşı oynadı
26 may 2016 12:00
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov ölkə kubokunda "Qarabağ"a qarşı keçirdikləri final oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Gərgin oyun alındı. Hazırda ölkənin ən yaxşı klubuna qarşı oynayırdıq. Bəli, "Qarabağ" bizdən yaxşı oynadı. Bizim futbolçular da yaxşı çıxış etdilər, amma son dəqiqələrdə qol buraxdılar. Finalda uduzduğumuz üçün təəssüflənirik. Amma finalın qanunu belədir ki, bir qol hər şeyi həll edə bilir".