Erik Ramos: Bu, Neftçidə son oyunum idi
"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramos "Qarabağ"a qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Neftçi" kuboku da qazana bilmədi. Mövsümü necə dəyərləndirərdiniz?
- Çempionatda altıncı olduq. Əlbəttə, kuboku qazana bilmədiyimizə görə üzülürəm.
- Deyəsən, komandanız bu matçı ancaq penaltilərə daşımaq barədə düşünürdü...
- Matçın sonunda çox yorulmuşduq. Bu üzdən də hesabı qorumağı düşünürdük. Əfsuslar olsun ki, istəyimizə çatmadıq.
- Bu, "Neftçi"də son oyununuz deyil?
- Dörd ildir buradayam. Fikrimcə, artıq getmək vaxtıdır. Bu, mənim "Neftçi"də son oyunum idi.
- Son dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etdiniz. Gedişiniz uğursuz oyundan sonraya təsadüf edir...
- Təbii ki, qırmızı vərəqə almağım pis oldu. Meydandan qovulduqdan sonra təmiz özümdən çıxmışdım.
- Meydanda həmişə emosional olursunuz, amma "Qarabağ"la oyunlarda yox. Siz bu klubdan çəkinirsiniz?
- (gülür) Bu, final idi, ehtiyatlı oynamağa çalışırdım. "Qarabağ" kimi rəqiblə oyunda səhv etməməyə çalışırdım. Ona görə də sakit görünürdüm. Çempionatda isə tam fərqli olur. Final oyununda elə oynamaq mümkün deyil.
- Siz meydanı tərk edəndə Riçard Almeyda sizə qarşı aqressiv davranmağa çalışdı. O, sizə nə deyirdi?
- Niyə elə etdiyimi soruşdu. Mən isə ona cavab vermək istəmədim.
- Niyə?
- Çünki oyun başa çatırdı və Almeydaya cavab verməyin mənası yox idi.