Azərbaycan Andorraya qalib gələ bilmədi
Bu gün futbol üzrə Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Andorra ilə üz-üzə gəlib.
Bad Erlaxda keçirilən oyuna komandalar heç də optimal heyətlə çıxmayıblar. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, millimiz növbəti matçını mayın 29-da Makedoniyaya qarşı keçirəcək.
Yoxlama oyunu
26 may
Azərbaycan - Andorra - 0:0
Bad Erlax. Avstriya.
Azərbaycan: Anar Nəzirov, Tərlan Quliyev, Adil Nağıyev, Ruslan Abışov (k), Məhəmməd Mirzəbəyov, Ufuk Budak, Budaq Nəsirov, Elvin Məmmədov, Dmitri Nazarov, Murad Səttarlı, Ağabala Ramazanov.
Andorra: Xosep Qomes, Kristian Martines, Mark Vales, Maks Lovera, Emili Qarsiya, Marsio Vieyra (k), Aaron Sançes, Xordi Alaez, Viktor Rodriqes, Mark Qarsiya, Xordi Rubio.