Fəhmin Muradbəyli: Qələbə qazanmağı çox istəsək də, bəxtimiz gətirmədi
26 may 2016 00:55
"Neftçi"nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli Azərbaycan Kubokunun finalında "Qarabağ"a məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
"Hər iki komanda bu oyuna ciddi hazırlaşmışdı. Biz qələbə qazanmağı çox istəyirdik. Fikrimcə, sadəcə, bəxtimiz gətirmədi. "Qarabağ"ı kuboku qazanması münasibətilə təbrik edirəm. Onlar yaxşı kollektiv formalaşdırıblar. Ümid edirəm ki, növbəti finalda biz qalib gələrik". (CBC)