Rövnəq Abdullayev: Nəticə oyuna görədir
25 may 2016 23:10
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan Kubokunun finalında "Qarabağ" və "Neftçi" arasında keçirilmiş oyundan (1:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əla və çox maraqlı oyun alındı. Üstünlük bir qədər "Qarabağ"ın tərəfində idi. Amma "Neftçi" də yaxşı mübarizə apardı. Fikrimcə, nəticə oyuna görə oldu. "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. "Neftçi" də Avropa Liqasına vəsiqə qazanıb. Ümid edirəm ki, avrokuboklara gedən bütün klublarımız ölkəmizi layiqincə təmsil edəcəklər". (CBC)