Qarabağın beşinci kuboku
25 may 2016 23:00
"Qarabağ" tarixində beşinci dəfə Azərbaycan kubokuna sahib çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu daha öncə dörd dəfə (1993, 2005/2006, 2008/2009, 2014/2015) baş mükafata sahib çıxmışdı.
Final matçından dərhal sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Öncə "Neftçi" gümüş medallarını alıb. Daha sonra isə "Qarabağ" qızıl medal və kubokla təltif olunub. Medalları AFFA prezidenti Rövnəq Abdullayevlə PFL prezidenti Ramin Musayev təqdim edib.