Hacıyev də İnterə keçir?
25 may 2016 14:40
"Sumqayıt"ı mövsüm başa çatan kimi tərk etməyə qərar verənlərdən biri də müdafiəçi Cəmil Hacıyev oldu. Azerisport.az xəbər verir ki, 22 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti başa çatdığı üçün, tərəflər yeni müqavilə bağlamaq istəməyiblər.
Hazırda perspektivli müdafiəçi digər variantları gözdən keçirir. "İnter"in yetirməsi olan Cəmilin də Ağabala Ramazanov, Slavik Alxasov, Pərdis Fərcad-Azad kimi bu kluba qayıtması istisna olunmur. Amma onun xidmətində digər elita təmsilçiləri də maraqlı olduğundan, futbolçu qərar verməyə tələsmir.
Qeyd edək ki, Cəmil Hacıyev geridə qalan mövsümdə "Sumqayıt"ın heyətində 24 oyuna çıxıb və 1883 dəqiqə meydanda olub.