Skuliç: Qarabağ Neftçiyə qalib gələcək
25 may 2016 19:30
"Bakı"nın sabiq yarımmüdafiəçisi Ernad Skuliç Azərbaycan kubokunun finalında "Qarabağ"la "Neftçi" arasında baş tutacaq matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Final matçına baxacağam. Mənə elə gəlir ki, "Qarabağ" qalib gələcək. Amma çətin oyun olacaq. "Neftçi" sonadək mübarizə aparacaq. Bir neçə il öncə mən də Azərbaycan kubokunun finalında çıxış etmişdim və komandam - "Bakı" "Xzər Lənkəran"a qalib gəlmişdi. Bu, çox xoş idi".