Qəbələnin sabiq hücumçusu Xorvatiya klubuna keçir
25 may 2016 18:00
Bir neçə gün öncə "Qəbələ" ilə yollarını ayıran bosniyalı hücumçu Ermin Zets karyerasını Xorvatiyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, hücumçu ilə "Hayduk" klubu maraqlanır. Zetsin Split təmsilçisinin təklifinə hansı cavab verəcəyi tezliklə bəlli olacaq.
Qeyd edək ki, Zets "Qəbələ"yə ötən yay gəlib, bütün mövsümü oynasa da, çempionat bitən kimi, ayrıldı.