Eddi İsrafilov zədələndi
25 may 2016 17:20
Azərbaycan yığmasının və İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov sıradan çıxıb. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, son məşqlərin birində kiçik zədə alıb. Bu üzdən də futbolçunun bu gün Sequnda Liqanın 40-cı turu çərçivəsində "Mirandes"ə qarşı oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, İsrafilov mayın 20-da 41-ci tur çərçivəsindəki "Malyorka" ilə oyundan sonra millimizin Avstriyadakı düşərgəsinə qoşulmalıdır.