Vidadi Rzayev: İndiki Neftçi bunu bacarmaz
25 may 2016 16:20
"Neftçi"nin sabiq yarımmüdafiəçisi Vidadi Rzayev bu klubun kubokun finalında "Qarabağ"a qarşı keçirəcəyi oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"20 il əvvəlki finalı yaxşı xatırlayıram. İndi "Neftçi"nin həmin uğuru təkrarlaması real görünmür. İndiki "Neftçi" bunu bacarmaz. "Qarabağ" favoritdir. Bunu hətta Vəli Qasımov özü də etiraf edib. Hər iki komanda avrokuboklara vəsiqəni təmin edib. Odur ki, klublar yalnız mükafat, imic uğrunda mübarizə aparacaqlar. Bakılılar mövsümü uğurla başa vurmaq istəyirlər, ağdamlılar isə ötən il olduğu kimi, yenə "qızıl dubl" arzusundadırlar".