AZAL-ın qapıçısı Moldova yığmasının heyətində saxlanıldı
25 may 2016 13:00
Moldova yığmasının qarşıdakı Xorvatiya və İsveçrə ilə yoxlama oyunları üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, 18 oyunçudan ibarət heyətdə AZAL-ın qapıçısı Stanislav Namaşko da var.
Qeyd edək ki, moldovalılar xorvatlarla mayın 27-də, isveçrəlilərlə iyunun 3-də üz-üzə gələcəklər.