Qarabağ final matçına 6500 bilet satıb
25 may 2016 12:45
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası Azərbaycan Kubokunun final matçı üçün sifariş etdiyi biletləri "Qarabağ" və "Neftçi" arasında bölüşdürərək, satış işini onların həll etməsini istəmişdi. Azerisport.az xəbər verir ki, artıq "Qarabağ" bu komandanın azarkeşləri üçün ayrılan sektorlara 6500 bilet satıb.
Qeyd edək ki, kubokun final matçı bu gün saat 20:00-da start götürəcək.