Samir Abasov: Kuboku Qarabağ qazanacaq
25 may 2016 00:55
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun finalında "Qarabağ"la "Neftçi" arasında keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun olacaq. "Neftçi" yeni mövsümdən Avropa Liqasında çıxış edəcəyini dəqiqləşdirib. Məncə, belə olmasaydı, final matçı daha da maraqlı olardı. Amma onlar kubokda mümkün uğursuzluğu sakit qarşılayacaqlar. Şübhəsiz ki, "Qarabağ" favoritdir. Mənə elə gəlir ki, kubokun qalibi bu komanda olacaq".