Millimizin heyətində daha bir dəyişiklik
24 may 2016 18:20
Mayın 25-dən iyunun 5-dək Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Abbas Hüseynov (“İnter”) zədəli olduğu üçün onun əvəzinə yığmaya “Xəzər Lənkəran” klubundan Kamran Abdullazadə dəvət olunub. (AFFA)