Kubokun final matçının hakim təyinatları açıqlandı
24 may 2016 18:00
2015/2016-cı illər mövsümü Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"la "Neftçi" arasında baş tutacaq həlledici qarşılaşmanın baş hakimi Fariz Yusifov təyin olunub:
Azərbaycan Kuboku
Final
25 may (çərşənbə)
“Qarabağ” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.