Bakının sabiq baş məşqçisi millimizin rəqibinin meneceri oldu
24 may 2016 17:20
"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, Andorra yığmasının meneceri təyin olunub.
Xatırladaq ki, Pantiç 2013/14 mövsümündə "Bakı"nın baş məşqçisi olub. Onun yeni çalışmağa başladığı Andorra millisi isə mayın 26-da Avstriyada Azərbaycan yığması ilə yoxlama oyununda üz-üzə gələcək.