Fotoreportaj|Video|На русском

Futbol

Qurban Qurbanov: Sabah anşlaq olacağına inanmıram

24 may 2016 16:45

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək "Neftçi" ilə ölkə kubokunun final matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Final oyunu hər bir futbolçunun arzusudu. Əlbəttə, hər oyunçu bu finalda qələbə qazanmaq istəyir. Mövsüm bizim üçün uğurlu keçdi. Buna baxmayaraq, hər oyunçu bu matçın nə qədər əhəmiyyətli olduğunu başa düşməlidi. "Neftçi" son dövrlər yaxşı oyun sərgiləyir. Güclü komandaya qarşı oynayacağıq. Hər bir komanda istəyər ki, kuboku qazansın. Ancaq kuboku bir komanda qazanacaq. Bu, mövsümün ən ağır oyunu olacaq. Rəqibin heyətində güclü oyunçular var. Araz Abdullayev, Anyete, Ruslan Qurbanov, Elşən Abdullayev və Rəhman Hacıyev yaxşı formadadır, hər biri çox sürətli futbolçudu. Sabah müdafiədə xüsusilə diqqətli olmalıyıq. Həm "Qarabağ", həm də "Neftçi" azarkeşlərinin say çoxdu. Ümid edirəm ki, sabah əsl futbol bayramı görəcəyik.

- Finala çempion kimi çıxmaq daha yaxşıdı, yoxsa, 6-cı yeri tutaraq...
- Bunun heç bir fərqi yoxdu. Bunlar tam fərqli turnirlərdi. Gərgin oyun olacaq. Rəqibin çempionatda neçənci olmasının əhəmiyyəti yoxdu. Finala qədər çıxıblarsa, deməli buna layiqdilər.

- Rəqibin sabah müdafiədən, yoxsa, hücumdan oynaması sizin üçün daha rahat olar?
- Hər iki halda bizim üçün çətin olacaq. Hər şeyə hazır olmalıyıq.

- "Neftçi" son dövrlər gah 5, gah da 4 müdafiəçiylə çıxış edir...
- Onların çox vaxt 5 müdafiəçiylə çıxış etdiyini mən də görmüşəm. Bu sistem onların oyununu yaxşılaşdırıb. Ancaq əvvəlcədən bilmək olmaz. Bu cür oynasalar, bizim üçün daha çətin olacaq. Dəqiq necə oynayacaqlarını isə matç zamanı biləcəyik.

- Bu gün 40 yaşını qeyd edən klubun idman direktoru Əmrah Çəlikəl sizdən xüsusi nəsə xahiş edib?
- Xeyr, heç bir söz eməyib. Onu təbrik edirəm. Amma bizdə elə şey olmayıb ki, ad gününə görə qələbə qazanaq.

- Samuel Armenteros komandanı tərk etdiyini açıqlayıb...
- Armenterosdan soruşsaz ki, baş məşqçi sənə komandadan getdiyini deyibmi, deyəcək, yox. Onun bizimlə müqaviləsi 1+1 idi. Onunla bağlı fikrimi bildirməmişəm. Özü artıq fikrini deyib. Bizim üçün indi onunla yollarımızı ayırmaq daha rahat olacaq.

- Vəli Qasımov "Sumqayıt"la oyundan sonra "kuboku qazanmaqla azarkeşlərimizə təşəkkür edəcəyik" demişdi. Bu, "Qarbağ"ın oyunçularına psixoloji cəhətdən necə təsir edir?
- Biz futbolçuların oyununu kiminsə fikri əsasında qurmuruq. Ola bilər, cavan vaxtımızda bu cür şeylərdən motivasiya kimi istifadə etmişik. Ancaq hazırda düşünürəm ki, belə şeylər futbolçuların oyuna tam köklənməsinə mane olur. Əksinə, aqressivləşdirir. Ona görə də, oyunçuları bu sözlər əsasında motivasiya etmək barədə düşünmürəm. Sabahkı oyunda motivasiyaya ehtiyac yoxdu. Futbolçular sabahkı oyuna köklənsələr, hər şey daha yaxşı olacaq.

- Sizcə, sabah stadiona nə qədər azarkeş gələcək?
- Bunu sabah PFL açıqlayacaq. Mənə elə gəlir ki, "Qarabağ"ın da, "Neftçi"nin də azarkeşləri çoxdu. Çünki, bu klublar ilk mövsümdən çempionatda çıxış ediblər. Bu komandaların azarkeşləri avrokuboklarda bir-birini dəstəkləyiblər. Sabahkı oyunda azarkeşlərin sayı çox olsa, çox yaxşı olar. Ancaq stadionda anşlaq olacağına inanmıram.

- Sabahkı oyunda əlavə vaxt və penaltilər seriyası barədə düşünürsüz?
- Bu, bizə mane olar. "Neftçi"ylə bunadək olan oyunlarda çox çətinlik çəkmişik. Əlavə vaxt barədə düşünmürük. Məncə, hər iki komanda oyunun əlavə vaxta getməsini istəmir.

- Adətən mövsümün son oyunu komandanı kökləmək baxımından çətindi. Bu baxımdan futbolçularla danışmısız?
- Yox, bu barədə ayrıca söhbətim olmayıb. Onlar özləri bilirlər ki, daim qalib gəlmək üçün hansı psixologiyada olmalısan. Bu da çox vacib amildi.

- Rəqibin heyətində Anyete daim simulyasiyaya, Erik Ramos təxribata meyilli olub. Bu, sizi narahat edir?
- Biri simulyasiya edir, biri təxribata əl atır. Ancaq hakimlər də, futbolçular da bunu yaxşı bilirlər. Məni ayrı-ayrı oyunçular yox, rəqib narahat edir. Bu futbolçular barədə hakimlər xəbərdardı.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah