İnterin yeni transferi: Bu, mənim şəxsi qərarımdır
24 may 2016 14:00
Azərbaycan yığmasının müdafiəçisi Tərlan Quliyev "Qarabağ"ı "İnter"ə dəyişməsinə münasibət bildirib. Son mövsümü icarə əsasında "Kəpəz"də keçirmiş futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"İnter"ə hələ ötən yay keçə bilərdim. Amma bu klubdakı problemlər fikrimi dəyişdirdi. Həm də müqavilə ilə məxsus olduğum "Qarabağ"dan məsləhət bildilər ki, "Kəpəz"ə keçim. Zaman göstərdi ki, bu addımı atmaqla səhv etmədim. "Kəpəz"də uğurli mövsüm keçirdim. Ümid edirəm ki, paytaxt klubunda ondan da uğurlu mövsüm keçirəcəyəm. "İnter"ə keçidim şəxsi qərarımdır".