Pərdis Fərcad-Azad: Artıq İnterlə müqavilə imzalamışam
24 may 2016 00:55
"İnter" "Sumqayıt"ın daha bir futbolçusu ilə müqavilə imzalayıb. Söhbət yarımmüdafiəçi Pərdis Fərcad-Azaddan gedir.
Bunu azerisport.az saytına futbolçunun özü açıqlayıb: "Karyeramı "İnter"də davam etdirəcəyəm. Artıq 1+1 şərti ilə müqavilə də imzalamışam. Ümid edirəm ki, bu keçidim həm klub, həm də mənim üçün uğurlu olacaq".