Balayevin klubu Bundesliqada qaldı
24 may 2016 00:45
Almaniyanın əsas Bundesliqasında 16-cı yeri tutaraq elitanı tərk etmək təhlükəsi ilə üzləşən "Ayntraxt" klubu ikinci Bundesliqada üçüncü yeri tutmuş "Nürnberq"lə cavab pley-off matçına çıxıb. Azerisport.az xəbər verir ki, bu pley-off mübarizəsindən qalib çıxacaq kollektiv növbəti mövsümdən elitada, məğlub tərəf isə ikinci Bundesliqada çıxış edəcəkdi.
Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası ilk oyunu doğma meydanda keçirmiş və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Amma Frankfurt təmsilçisi aşağı liqadan gəlmiş rəqibi ilə səfər matçında istəyinə çata bilib. 1:0 hesablı qələbəyə sevinən "Ayntraxt" elitadakı yerini qorumağı bacarıb.
Qeyd edək ki, Balayev bu dəfəki matçda da iştirak ərizəsində yer almayıb.