"İnterdə qalmaq istəyirəm"
24 may 2016 00:25
"İnter"in yarımmüdafiəçisi Sezar Meza Kolli bəyan edib ki, karyerasını paytaxt klubunda davam etdirmək istəyir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ bir müddət ölkəmdə istirahətlə məşğul olacağam. Qərarımı da ondan sonra verəcəyəm. Başqa klublardan da təkliflər var. Onların arasında digər Azərbaycan klubları da var. Amma düzünü deyim ki, mən "İnter"də qalmaq istəyirəm".