Qurban Qurbanovun mətbuat konfransı olacaq
23 may 2016 20:30
Azərbaycan kubokunun finalı çərçivəsində baş tutacaq "Neftçi" ilə matç öncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Azerisport.az xəbər verir ki, tədbir sabah, mayın 24-də, saat 16:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunun mətbuat zalında baş tutacaq.