Finalı ailəvi izləmək istəyənlər üçün xüsusi sektor
23 may 2016 18:40
“Neftçi” "Qarabağ"a qarşı keçirəcəyi ölkə kubokunun final oyununu ailəvi izləmək istəyənlər üçün xüsusi sektor ayırıb. Azerisport.az xəbər verir ki, may ayının 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kubokunun final oyununu ailəvi izləməyə gələnlərdən 27-ci sektora bilet almaları xahiş olunur.
Qeyd edək ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərsiniz. Onlayn bilet satışı da var.