Azərbaycan yığması 250 000 dollar qazana bilər
23 may 2016 17:40
FİFA Azərbaycan yığmasının da iştirakçısı olacağı Kolumbiyadakı dünya çempionatının mükafat fondunu açıqlayıb. Azerisport.az xəbər verir ki, bütövlükdə, mundialın mükafat fondu 1 455 000 ABŞ dolları təşkil edir.
Dünya çempionu olacaq komanda 250 000 dollar qabağa düşəcək. Gümüş mükafatçı 150 000, bürünc mükafatçı isə 100 000 avro qazanacaq.
4-cü yerin sahibi 70 000, 5-8-ci yerlərdə qərarlaşan komandalar 60 000, 9-24-cü yeri tutanlar isə 40 000 dollar əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi mundialda F qrupunda İran, İspaniya və Mərakeşlə qarşılaşacaq.