Makedoniya Azərbaycanla matç öncəsi itki ilə üzləşdi
23 may 2016 17:20
Makedoniya yığmasının heyətində Azərbaycanla yoxlama oyunu öncəsi dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, "Şkendiya"da çıxış edən yarımmüdafiəçi Ferhan Hasani heyətdən çıxarılıb.
Buna onun zədədən əziyyət çəkməsi səbəb olub. Baş məşqçi İqor Angelovski futbolçu ilə bağlı riskə əl atmamağa qərar verib.
Qeyd edək ki, Makedoniya - Azərbaycan matçı mayın 29-da Avstriyada baş tutacaq.