Neftçi final üçün satışa çıxan biletlərin yarısını satıb
23 may 2016 16:20
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası Azərbaycan kubokunun finalında üz-üzə gələcək "Qarabağ"la "Neftçi"yə bilet satışını özlərinin həyata keçirməsi imkanı yaradıb. Azerisport.az xəbər verir ki, "Neftçi" artıq 10 772 biletdən 5300-nü satıb. Biletlərin bir hisəsi də fan-klublara paylanıb.
Qeyd edək ki, hər iki klubun azarkeşləri biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionundana ala bilərlər. Sözügedən matç mayın 25-də baş tutacaq.