Vəli Qasımov final öncəsi mətbuat konfransı keçirəcək
23 may 2016 15:20
Azərbaycan kubokunun final oyunu çərçivəsində keçiriləcək "Qarabağ” – "Neftçi” matçından bir gün əvvəl, yəni sabah baş məşqçi Vəli Qasımovun iştirakı ilə brifinq keçiriləcək. Azerisport.az xəbər verir ki, "Neftçi” PFK-nın İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq tədbir saat 17:45-də başlayacaq.
Brifinqdən sonra isə komandanın oyunöncəsi son məşqi baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, brifinq və açıq məşqdə iştirak etmək istəyən jurnalistlərin təlim-məşq bazasına rahat gedib-gəlmələri üçün "Neftçi” PFK tərəfindən avtobus ayrılacaq. Avtobus saat 17:15-də "Gənclik” metrostansiyası yaxınlığından yola düşəcək.