Dodo: Ümid edirəm ki, yeni mövsümü harada keçirəcəyimə tezliklə aydınlıq gələcək
23 may 2016 15:00
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurub, eləcə də gələcək karyerası ilə bağlı danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əla mövsüm keçirdik ki, bu da məni çox sevindirir. Avropa Liqasının qrup mərhələsində çıxış etdik, Premyer Liqanı bürünc medallarla başa vurduq. Halbuki, bundan da yaxşı nəticə qazana bilərdik. Şəxsən bu mövsüm mənim üçün xüsusi oldu. Komandam üçün Avroliqada vacib qollara imza atdım. Bu ilə minnətdaram. Ümid edirəm ki, tezliklə yeni mövsümə harada başlayacağıma aydınlıq gələcək. Çünki "Qəbələ" ilə müqaviləmin müddəti yaxında bitəcək". (Futebol Interior)