Qarabağın qapıçısı milliyə dəvət aldı
23 may 2016 13:15
"Qarabağ"ın qolkiperi İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına çağırılıb. Azerisport.az xəbər verir ki, mayın 29-da İsveçrədə Bosniya Avropa çempionatının final mərhələsinin iştirakçısı İspaniya ilə yoxlama oyunu keçirəcək.
Bu oyunun ardından Şehiçin çıxış etdiyi yığma komanda Yaponiyada keçiriləcək Kirin Kubokuna qatılacaq.