Qarabağın ÇL-də daha iki potensial rəqibi bəlli oldu
23 may 2016 13:00
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki daha iki potensial rəqibinin kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bunlar "Hapoel" (Beer-Şeva, İsrail) və "Düdelanj" (Lüksemburq) klublarıdır.
Ağdam klubunun digər iki potensial rəqibinin kimliyinə isə ÇL-in birinci təsnifat mərhələsinin oyunlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, ÇL-in ilk iki təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.