Fotoreportaj|Video|На русском

Futbol

Kamran Ağayev: Bizim futbolda təəccüblənəsi çox şey var

22 may 2016 14:30

Azərbaycan yığmasının və "İnter"in qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi

- Mövsümün son matçında "Zirə"yə minimal hesabla qalib gəldiniz. Matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Meydana qələbə üçün çıxmışdıq. Əfsuslar olsun ki, hava şəraiti oyunumuza təsirsiz ötüşmədi. Amma mənə elə gəlir ki, biz rəqibdən daha yaxşı oynadıq. Bu da aydın məsələdir. Çünki "Zirə" gümüş medalı özü üçün təmin etmişdi, biz isə hələ "bürünc" uğrunda mübarizəmizi davam etdirirdik. Qələbə qazansaq da, bürünc medal bizə qismət olmadı. "Kəpəz"in "Qəbələ"yə məğlub olacağını gözləmirdim. Nə baş verdiyi aydındır. Amma biz "Qəbələ" və "Neftçi"yə uduzduq ki, bunda da özümüz günahkarıq. Əsas odur ki, mövsümü zədəsiz başa vurduq.

- İdman Arbitraj Məhkəməsinin qərarı açıqlanmadığından hələ də "İnter"in avrokuboklara gedib-getməyəcəyi bilinmir. Siz müsbət sonluğa inanırsınız?
- Biz bacardığımızı etdik. Mənim klubla müqaviləmin müddəti başa çatıb. Hələ komandada qalıb-qalmayacağımı bilmirəm. Qala da bilərəm, gedə də. Getsəm, "İnter"ə uğurlar arzulayıram. Yaxşı komandadı, yaxşı kollektivi var. Bütün futbolçulara "İnter" kimi komandada oynamağı arzulayıram.

- Avrokuboklardan kənarda qalmağınız azarkeşləri çox təəssüfləndirəcək. Bəs sizi?
- Avrokuboklarda oynamağı hər futbolçu arzulayır. Amma şadam ki, mövsümü zədəsiz başa vurdum.

- Zədədən belə qorxursunuz?
- Çox. İndi də ayağımda ağrılar var. Zədə aldıqdan sonra yenidən meydana qayıtmaq çox çətin olur. Azarkeşlər bizi ancaq meydanda görürlər. Amma zədələndiyimiz dövrlərdə nə çəkdiyimizi bilmirlər. Məsələn, Elnur Abdullayevi götürək. Çətinliklə əvvəlki formasını bərpa etmişdi, yenidən zədələndi.

- Avrokuboklarda oynaya biləcəyiniz bir kluba keçməyiniz mümkündür?
- Mən yalan danışmaq, özümü reklam etmək istəmirəm. Bunu öz maaşını artırmağa çalışan futbolçular edirlər. Mən yığma komanda ilə toplanışa yollanacağam. Bu işlərlə də menecerim məşğul olacaq. Həm yerli, həm də əcnəbi klublardan təkliflər var. Amma mən düzgün seçim etmək istəyirəm. Fikrimcə, "İnter"ə keçməklə də səhv etmədim.

- Keçmiş klubunuz "Karşıyaka" Türkiyə PTT 1-ci liqasını tərk etdi...
- Klub rəhbərliyi qeyri-peşəkar çalışanda, belə də olmalıdır. Mən bu komandaya keçəndə elə oyunçular almışdılar ki, Super Liqaya çıxacağımızı düşünürdüm. Amma sonra klubdakı əsl vəziyyəti görəndən sonra fikrim dəyişdi.

- Yığmamızın Avstriya toplanışına dəvət alan futbolçular arasında sizi təəccübləndirənlər var?
- Düzünü deyim ki, heyətlə tam tanış deyiləm. Bircə onu bilirəm ki, məndən əlavə qapıçılardan Anar Nəzirovla Səlahət Ağayevə dəvət göndəriblər. Təəccüblənməyə gəlincə, Azərbaycan futbolunda təəccüblənəsi çox şey var. Hamımız Azərbaycan yığmasını təmsil edirik. Dünənə qədər atamızın oğlu idik, indi xalqın oğluyuq.

- Baş məşqçi Robert Prosineçki son dövrlərdə bəzi açıqlamaları ilə Berti Foqtsu xatırladır. Onun sözlərindən belə başa düşmək olar ki, biz ancaq San-Marino ilə oyunda qələbəyə ümid edə bilərik. Siz də belə düşünürsünüz?
- Mən özümə inanıram. Uduzmağı sevmirəm. Uduzanda da meydançanı dağıda bilərəm. Əlbəttə, belə olmamalıdır. Bu, Prosineçkinin öz fikridir. Amma biz növbəti seçmə mərhələdə əlimizdən gələni edəcəyik.

- Yəqin ki, 17 yaşlıların Avropa çempionatını izləyirdiniz. Orada gələcəyin Kamran Ağayevini gördünüz?
- Oyunlara baxdım. Amma indidən belə bir nəticə çıxarmaq tezdir. Bizdən əvvəl də qapıçılar olub, bundan sonra da olacaq. Biz çox çətinliklər görmüşük. Amma indiki şəraitdə daha yaxşı qapıçılar üzə çıxmalıdır.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah