Topaz Premyer Liqasında mövsümə yekun vuruldu
Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, çempionatın həlledici - 36-cı turunun qarşılaşmaları eyni gündə keçirilib.
Üçüncü pillədə qərarlaşan “İnter” doğma meydanda gümüş medalları ötən tur təmin etmiş “Zirə”ni qəbul edib. "Bankirlər" bu oyunda minimal hesablı qələbəyə sevinib.
Üçüncü yer uğrunda mübarizə aparan digər iki komanda - “Kəpəz” ilə “Qəbələ” isə Gəncədə üz-üzə gəlib. Prinsipial dueldə qələbə qonaqlara qismət olub. Nəticədə, "İnter"lə "Qəbələ" eyni xala malik olsa da, öz aralarındakı şəxsi oyunlara görə üstünlüyə malik olan "Qəbələ" növbəti dəfə Premyer Liqanın bürünc medallarına sahib çıxıb.
Çempionatın aşkar autsayderləri - “Rəvan” və “Xəzər Lənkəran” da həlledici turda bir-biri ilə üz-üzə gəlib. Cənub təmsilçisi iki qolla öndə olduğu bu qarşılaşmanın sonlarında buraxdığı iki top nəticəsində heç-heçə ilə kifayətlənməli olub. Hansı ki, bu heç-heçə "Rəvan"ın işinə yarayıb. Nəticədə, bakılılar mövsümü 9-cu, lənkəranlılar isə sonuncu pillədə başa vurublar.
Çempionatı 6-cı pillədə başa vurmaqla Avropa Liqasında Premyer Liqa vasitəsilə vəsiqə qazanmağı hədəfləyən "Neftçi" səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüşdə hesabı paytaxt təmsilçisi açsa da, sonda qələbəni meydan sahibləri bayram ediblər. Buna baxmayaraq, "ağ-qaralar" mövsümü altıncı pillədə başa vurmağa nail olublar. Çünki "Neftçi"nin bu yolda əsas rəqibi AZAL da son turu məğlub başa vurub.
Çempion “Qarabağ” isə mövsümün son matçını AZAL-a qarşı keçirib. Ağdam klubu gözlənildiyi kimi, bu görüşdə asan qələbəyə sevinib.
Topaz Premyer Liqası
36-cı tur
20 may (cümə)
“Kəpəz” - “Qəbələ” - 0:1 (0:0)
Qol: A.Qay, 76 (0:1).
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov.
Gəncə şəhər stadionu.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 80. Tural Rzayev, 7. Junior Osvaldo, 27. Bəxtiyar Soltanov.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 4. Elvin Cəbrayılov, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 98. Elcan Rəhimov.
Baş məşqçi: Şahin Diniyev.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 25. Qismət Alıyev, 34. Urfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 77. Ehtiram Şahverdiyev, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
“İnter” - “Zirə” - 1:0 (0:0)
Qol: A.Hüseynov, 69 (1:0).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
Bakı. “İnter Arena”.
“İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 18. Mənsur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 33. Aqşin Quluzadə, 9. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.
“Zirə”: 85. Kamal Bayramov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev (k), 2. Çimezi Mbah, 6. Vüqar Mustafayev, 17. Nicat Qurbanov, 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 19. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 11. Viktor İqbekoyi, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev, 84. Əmrah Əliyev.
Baş məşqçi: Adil Şükürov.
“Rəvan” - “Xəzər Lənkəran” - 2:2 (0:1)
Qollar: Bayram Budaqov, 2 (0:1). İ.Qədirzadə, 66 (0:2). Y.Həmid, 76 (1:2).
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov.
Bakı. “Bayıl Arena”.
“Rəvan”: 1. Rəşad Əzizli, 17. Ramazan Abbasov (k), 11. Elnur Abdulov, 19. Hüseyn Axundov, 92. Yamin Ağakərimzadə, 8. Məmməd Quliyev, 4. Kənan Müslümov, 21. Novruz Məmmədov, 3. Saşa Yunisoğlu, 2. Ruslan Tağızadə, 86. Yasin Həmid.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 39. Əlibəy Məmmədli, 15. Ceyhun Abdullayev, 29. Əziz Quliyev, 13. Cəmşid Məhərrəmov, 16. Orxan Lalayev, 5. Mirkamil Haşımlı.
Baş məşqçi: Bəhmən Həsənov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Ağadadaş Həmidov.
“Sumqayıt” - “Neftçi” - 2:1 (1:1)
Qollar: A.Abdullayev, 14 (0:1). V.Cavadov, 17 (1:1). A.Yunanov, 63 (2:1).
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 99. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
“Neftçi”: 1. Aqil Məmmədov, 3. Jayro, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 6. Aylton Silva, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov, 5. Xuan Alberto Alvarado.
Baş məşqçi: Vəli Qasımov.
“Qarabağ” - AZAL - 3:0 (3:0)
Qollar: M.Mədətov, 21 (1:0). M.Madera, 30 (2:0). D.Kintana, 41 (3:0).
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 16. Stanislav Namaşko, 88. Mirzağa Hüseynpur, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 18. Eltun Hüseynov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 4. Qvanzav Maqomedov, 11. Ruslan Nəsirli, 17. Elmin Çobanov, 63. Seyidrəzi Ağayev, 42. Elşad Manafov.
Baş məşqçi: Tərlan Əhmədov.
Bombardirlər:
15 - Dani Kintana ("Qarabağ").
14 - Nelson Bonilya ("Zirə").