Qriqorçuk: Yeni müqavilə haqda düşünmürəm, Ukraynaya qayıdacağam
20 may 2016 00:25
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bəyan edib ki, hələ klubla yeni müqavilə imzalamaq barədə düşünmür. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yeni müqavilə ilə bağlı nə düşünürəm? Heç nə düşünmürəm. Vacib oyunlar öncəsi belə məsələlər barədə düşünməyi xoşlamıram. Oyundan sonra nəyin necə olacağını bilmirəm. Bircə onu dəqiq bilirəm ki, Ukranyaya qayıdıb, orada istirahət edəcəyəm".