Emin Nuri: Ola bilsin ki, heç Robert Prosineçkinin mənim haqqımda məlumatı yoxdur
6 may 2016 15:00
İsveçin "Kalmar" klubunun müdafiəçisi Emin Nuri uzun müddətdir Azərbaycan yığmasına dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İsveç çempionatında sabit çıxış edirəm. Buna baxmayaraq, son dövrlər yığma komandadan mənimlə maraqlanan, zəng edən yoxdur. Ölkə mətbuatını izləyirəm. Sağ olun ki, hərdən yada salırsınız. Ola bilsin ki, millinin indiki baş məşqçisi Robert Prosineçkinin heç mənim haqqımda məlumatı yoxdur. Çünki mən sonuncu dəfə Berti Foqtsun dönəmində milliyə dəvət almışdım".