Millimizin üzvləri mətbuatla ünsiyyətdən qaçdılar
5 may 2016 23:40
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvləri AÇ-2016-nın final mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri ilk oyundan sonra mətbuata açıqlama verməkdən imtina ediblər. Azerisport.az xəbər verir ki, 0:5 hesabıyla uduzan millimizin futbolçuları jurnalistlərin suallarını cavabsız qoyaraq, stadionu tərk ediblər.
Qeyd edək ki, Təbriz Həsənovun çalışdırdığı millimizi qarşıda Belçika və Şotlandiya ilə oyunlar gözləyir.