Ruslan Qurbanov: Finala çıxdığımız üçün şad olsaq da, artıq hər şey geridə qaldı
5 may 2016 14:40
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kubokun finalına çıxdığımız üçün çox sevincliyik. Şadam ki, qol vurdum. Buna görə komanda yoldaşlarıma minnətdaram. Həmçinin penalti zərbəsini dəqiq yerinə yetirib oyunda son nöqtəni qoyduğum üçün də şadam. Klub rəhbərliyi sağ olsun ki, bizi dəstəklədi. Amma bütün bunlar artıq geridə qaldı. Hazırda bütün diqqətimiz çempionat oyunlarına yönəlib".