Azərbaycan yığmasından bir pilləlik irəliləyiş
5 may 2016 13:40
FİFA yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimiz ötən ayla müqayisədə bu dəfə bir pillə irəliləyib.
Belə ki, komandamız hazırda 133-cü pillədə qərarlaşıb. Millimizin hesabında 269 reytinq xalı var.
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan komandaların sıralaması isə belədir:
Almaniya (5-ci, 1309 xal), Şimali İrlandiya (26, 825), Çexiya (29, 810), Norveç (49, 605), San Marino (200, 20).
İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1532), Belçika (1364), Çili (1353), Kolumbiya (1337), Almaniya (1309), İspaniya (1277), Braziliya (1261), Portuqaliya (1184), Uruqvay (1158), İngiltərə (1069).