Millimiz AÇ-2016-nın start matçında 5 cavabsız qola üzüldü
Azərbaycanda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi bu gün start götürür. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qrup çərçivəsində dörd qarşılaşma baş tutacaq.
Şübhəsiz ki, futbolsevərlərimizin bütün diqqəti Portuqaliya ilə qarşılaşacaq millimizin oyununa yönəlmişdi. Lakin təəssüf ki, hətta ölkə başçısı İlham Əliyevin də dəstək nümayiş etdirdiyi millimiz startda biabırçı məğlubiyyətlə üzləşdi. A qrupunun digər oyununda da Belçika Şotlandiya üzərində inamlı qələbəyə sevindi.
B qrupunda isə Avstriya Bosniya və Hersoqovinaya 2 cavabsız qolla qalib gəldiyi halda, Ukrayna və Almaniya yığmalarının duelində qalib müəyyənləşmədi.
17 yaşlıların Avropa çempionatı
1-ci tur
5 may
B qrupu
Avstriya – Bosniya və Hersoqovina - 2:0 (2:0)
Qollar: Baumqartner, 18 (1:0). Baumqartner, 36 (2:0).
Baş hakim: Petr Ardeleanu (Çexiya).
Bakı. "Bakcell Arena".
Ukrayna – Almaniya - 2:2 (1:1)
Qollar: Yanakov, 33 (1:0). Otto, 37 (1:1). Buletsa, 67 (2:1). Şrek, 74 (2:2).
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya).
Bakı Olimpiya stadionu.
A qrupu
Belçika – Şotlandiya - 2:0 (0:0)
Qollar: Korrin, 45 (1:0). Openda, 60 (2:0).
Baş hakim: Peter Kraloviç (Slovakiya).
Bakı. "Bakcell Arena".
Azərbaycan – Portuqaliya - 0:5 (0:3)
Qollar: X.Qomes, 4 (0:1). X.Qomes, 16 (0:2). E.Əsədov, 24-öz qapısına (0:3). M.Luis, 43 (0:4). Q.Fernandes, 76 (0:5).
Baş hakim: Bartoş Frankovski (Polşa).
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 1. Məmməd Hüseynov, 2. Hüseyn Seyliqli, 3. Ricat Qarayev, 5. Elçin Əsədov (k), 6. İbrahim Qədirzadə, 7. Fərid Nəbiyev (18. Süleyman Əhmədov, 78), 8. Mətin Gülər, 9. Doğukan Öksüz (11. Nadir Qasımov, 53), 14. İsmayıl Karakaş, 15. Ceyhun Muxtarlı (10. Pilağa Mehdiyev, 49), 17. Barış Əkinçiər.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Yusif Həsənov, 16. Murad Mahmudov, 19. Ege Atlam.
Baş məşqçi: Təbriz Həsənov.
Portuqaliya: 1. Dioqo Kosta, 2. Dioqo Dalot, 3. Dioqo Keyros (k), 5. Ruben Vinaqre, 6. Qedson Fernandes, 7. Joao Filipe, 8. Migel Luis, 9. Xoze Qomes, 11. Mesak Dju, 13. Dioqo Leyte, 13. Florentino.
Ehtiyat oyunçular: 12. Joao Virciniya, 4. Luis Silva, 10. Kina, 15. Tyerri Korreya, 16. Joao Lameyra, 17. Rafael Leao, 18. Maykl Almeyda.
Baş məşqçi: Elio Souza.