Aleksandr Petrakov: Təbriz Həsənovun yaxşı komandası var
4 may 2016 19:00
Ukraynanın U-17 yığmasının baş məşqçisi Aleksandr Petrakov sabah Bakıda start götürəcək Avropa çempionatı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən martda öz komandamla Bakıda olmuşdum. Burada iki yoxlama oyunu keçirmişdik, yerli infrastrukturla ilkin tanışlığımız olmuşdu. 25 il əvvəl gördüyüm Bakının bu dərəcədə dəyişməsinə çox təəccüblənmişdim. Turnirdən böyük sevinc və yaxşı emosiyalar gözləyirəm. Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənovla dostluq münasibətimiz var. Altı ildir bir-birimizi tanıyırıq. Onun yaxşı komandası var. Şanslara gəlincə, doğma meydan amili kömək etməlidir".