AÇ-nin kuboku Azərsun Holdinqin ofisində olub
4 may 2016 18:15
Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın kubok turu davam edir. Azerisport.az xəbər verir ki, kubok bu gün AÇ-nin milli dəstəkçilərindən olan "Azərçay" markasının məkanında ictimaiyyətə təqdim edilib.
Şirkətin ofisində keçirilən təqdimat mərasimində UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinin üzvləri və Azərsun Holdinqin əməkdaşları iştirak edib, kubok ilə şəkil çəkdirmək imkanı qazanıb. (AFFA)